Ronaldo milyonerin həyat yoldaşına “girişib” - FOTO
10.12.2008 - 11:20
Ronaldo milyonerin həyat yoldaşına “girişib” - FOTO
Portuqaliya yığmasının və “Mançester Yunayted” klubunun üzvü Kriştianu Ronaldo ilə bağlı növbəti qeyri-adi xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi İngiltərənin zəngin iş adamı Con Haynesin ukraynalı həyat yoldaşı Alyonaya “girişib”.

2008-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilən Ronaldo Alyonanın ürəyini romantik mesajların sayəsində ələ ala bilib. Nəticədə 25 yaşlı xanım özündən iki dəfə yaşlı olan Con Haynesdən boşanıb. Kriştianu ilə Alyona artıq 4 aydır eşq macərası yaşayır.

Bütün baş verənlərlə əlaqədar Haynes bunları deyib: “Bu hadisədən xəbər tutan kimi çox əsəbiləşdim və Alyona ilə dava etdik”. Ronaldo isə bununla bağlı açıqlama verməyib.
0