Azərbaycanda ilin ən yaxşıları dekabrın 24-də elan olunacaq
18.12.2008 - 16:41
Azərbaycanda ilin ən yaxşıları dekabrın 24-də elan olunacaq
Dekabrın 24-də 2008-ci ilin idman yekunları ilə bağlı “Gülüstan” sarayında tədbir keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Tədbirdə 14 nominasiya üzrə qaliblərin adları açıqlanacaq.

Belə ki, 2008-ci ilin idmançısı, komandası, idman hakimi, məşqçisi, idman cəmiyyəti, veteranı, idman jurnalisti, agentliyi, portalı, televiziya kanalı, idman tarixi yazarı, idman həkimi, idman qurğusu və idman federasiyası müəyyənləşəcək.

Tədbirə gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin nümayəndələri, müxtəlif federasiyaların prezidentləri, idman veteranları, məşhur idmançılar, olimpiya çempionları və digər idman mütəxəssisləri qatılacaqlar.

Qeyd edək ki, 2007-ci ildə ilin ən yaxşı idman agentliyi nominasiyasında “APA-Sport” qalib gəlmişdi. Cari ilin yekunlarına əsasən, bu nominasiyanı qazanmağa ən real namizəd yenə “APA-Sport”dur.
0