Azərbaycanın ədalətli idman adamları
19.12.2008 - 19:51
Azərbaycanın ədalətli idman adamları
Bu gün Milli Olimpiya Komitəsində (MOK) 2008-ci ildə ədalətli oyun prinsiplərinə riayət edən bir qrup idman xadimi müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ədalətli oyun prinsiplərinə sadiq qalan bədən tərbiyəsi və idman xadimi nominasiyası üzrə qalib olub.

Boks Federasiyasının prezidenti Ağacan Abıyev ən ədalətli hakim, cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə ən ədalətli məşqçi, Pekin Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Rövşən Bayramov isə ən ədalətli idmançı seçilib.

Qeyd edək ki, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin prezidenti Xəzər İsayevdir.
0