Azərbaycan boks yığması beynəlxalq turniri 7 qızıl medalla başa vurdu
22.12.2008 - 18:37
Azərbaycan boks yığması beynəlxalq turniri 7 qızıl medalla başa vurdu
Azərbaycan Texniki Universitetində tanınmış idmançı Abbas Ağalarovun xatirəsinə həsr edilmiş yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz yeddi çəki dərəcəsində qızıl medallara layiq görülüblər. Belə ki, Salman Əlizadə (46 kq), Nihad Seyidov (48 kq), Elnur Zeynalov (50 kq), Şahin Əliyev (63 kq), Sarvan Əliyev (66 kq), Teymur Məmmədov (80 kq), Fəqan Ömərov (86 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl mükafata sahib çıxıblar. Qazaxıstan boksçuları 4, Özbəkistan 2, Rusiya isə 1 qızıl medal qazanıblar. 8 ölkədən 100-dək idmançının qatıldığı yarışda Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub.
0