Aleksandr Lebzyak: Heç vaxt Azərbaycan yığmasını çalışdırmaram
23.12.2008 - 11:47
Aleksandr Lebzyak: Heç vaxt Azərbaycan yığmasını çalışdırmaram
“Mən heç vaxt başqa ölkənin milli komandasına rəhbərlik etməyəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçi postundan uzaqlaşdırılan Aleksandr Lebzyak söyləyib.

Təcrübəli mütəxəssis Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olduğu haqda yayılan xəbərləri də təkzib edib: “Hansı Azərbaycan? Mən Rusiya vətəndaşıyam. Bir vətənpərvər insan kimi, Rusiya boksuna ürəkdən azarkeşlik edirəm. Heç vaxt heç yerə getməyəcəyəm”.

Qeyd edək ki, 2005-ci ildən Rusiya yığmasına rəhbərlik edən Lebzyakı ölkənin digər tanınmış məşqçisi Nikolay Xromov əvəzləyib.
0