“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun qəbul ediləcək
25.12.2008 - 14:06
“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun qəbul ediləcək
Azərbaycanda “Bədən tərbiyəsi və idman haqqında” qanun yenidən qəbul ediləcək. Apasport.az saytının məlumatına görə, bu barədə parlamentin Sosial siyasət məsələləri daimi komissiyasının bugünkü iclasında bildirilib.

Komissiyanın sədri Hadı Rəcəbli deyib ki, gələn il “Bədən tərbiyəsi və idman haqqında”, “Uşaq idmanı haqqında” qanunlar, həmçinin yeni hazırlanan “Paralimpiya haqqında” qanun layihələri birləşdirilərək vahid sənəd kimi qəbul olunacaq. İclasda “Paralimpiya haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb.

Millət vəkilləri ölkədə paralimpiya hərəkatının yarandığını, Azərbaycan idmançılarının paralimpiya yarışlarında yüksək nəticələr göstərdiklərini qeyd ediblər. Komissiya üzvləri belə bir qanunun qəbulunun zəruri olduğunu bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə olunub.
0