“Azərreyl” Danimarka və Avstriya yığmalarına qarşı
30.12.2008 - 16:26
“Azərreyl” Danimarka və Avstriya yığmalarına qarşı
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baza klubu “Azərreyl” bu gün Lüksemburqa yollanıb. Apasport.az saytının Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyliyə istinadən verdiyi məlumata görə, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız bu ölkədə təşkil olunacaq beynəlxalq turnirə qatılacaq.

Dörd komandanın mübarizə aparacağı yarış dairəvi sistemlə keçiriləcək. “Azərreyl” ilk görüşünü yanvarın 2-də Danimarka yığmasına qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra Avstriya, yanvarın 4-də isə Lüksemburqu sınağa çəkəcək.

Qeyd edək ki, “Azərreyl” turnirə tam heyətlə yollanmayıb. Komandanın təcrübəli üzvləri, Oksana Məmmədyarova və Kseniya Kavalenka şəxsi işləri ilə əlaqədar Bakıda qalıblar.
0