Dünya çempionu avtomobil qəzasında öldü
05.01.2009 - 13:46
Dünya çempionu avtomobil qəzasında öldü
Boks üzrə dünya çempionu Jizel Salandi avtomobil qəzasında həlak olub. Apasport.az saytının məlumatına görə, orta çəkidə döyüşən 21 yaşlı qadın idmançı Trinidad və Tobaqonun Port-of Speyn şəhər xəstəxanasında dünyasını dəyişib.
Jizel idarə etdiyi “Toyota” markalı avtomobillə beton dirəyə girib. Nəticədə ağır xəsarət alan boksçu xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Salandi peşəkar rinqdə 13 yaşında saxta sənədlə debüt edib. Doğum şəhadətnaməsinə əsasən, onun həmin vaxt guya 17 yaşı olub. Özündən yaşca böyüklərlə döyüşən Jizel 19 yaşında WBC və WBA versiyasında titul qazanıb. Sonradan daha 6 versiyada çempionluq kəmərini əldə edən idmançı peşəkar rinqdə keçirdiyi 17 döyüşün hamısında qələbə qazanıb.
0