Azərbaycan çempionu İordaniya yığmasına uduzdu
07.01.2009 - 21:20
Azərbaycan çempionu İordaniya yığmasına uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “İnter” ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Valentin Xodukinin yetirmələri bu dəfə İordaniya milli komandası ilə qüvvəsini sınayıb və 0:2 hesablı məğlubiyyətin acısını yaşayıblar. Komandamızın sabah Moskva “Spartak”ı ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.
Xatırladaq ki, “İnter” ilk yoxlama matçında Hollandiyanın “Omniuorld” klubunu üstələmişdi – 1:0.
0