Voleybol yığmamız Avropa çempionatına qələbə ilə başladı
07.01.2009 - 22:41
Voleybol yığmamız Avropa çempionatına qələbə ilə başladı
Gənc qızlardan ibarət Azərbaycan voleybol yığması Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Feliks Məmmədovun baş məşqçisi olduğu milli komandamız Türkiyənin Antalya şəhərində keçirilən qitə birinciliyində Slovakiya üzərində qələbə qazanıb – 3:2 (25:14, 18:25, 25:23, 22:25, 15:13).
E qrupunda qərarlaşan voleybolçularımız bundan sonra ardıcıllıqla İsrail, Türkiyə, Fransa və Portuqaliya ilə üz-üzə gələcəklər.
0