Ziko: Sabah MOİK-lə müqavilə imzalayacağam
08.01.2009 - 12:38
Ziko: Sabah MOİK-lə müqavilə imzalayacağam
Məşhur braziliyalı məşqçi Artur Ziko sabah Rusiyanın MOİK klubu ilə müqavilə bağlayacağını bildirib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis son 4 ayda çalışdırdığı Özbəkistan “Bunyodkor”undan tezliklə ayrılacaq.

Zikonun sözlərinə görə, MOİK-lə müqavilə imzalamaqdan ötrü bəzi xırda detalları həll etmək qalıb: “Düzdür, hələ ki məsələ rəsmiləşməyib. Ancaq iş buna doğru gedir. Əminəm ki, məsələ tam həllini tapacaq və sabah yeni klubumla müqavilə bağlayacağam”.

Zikonun Moskva təmsilçisində köməkçiləri olacaq həmyerliləri - Qallinyo artıq Rusiyaya viza alıb, Edu isə bununla bağlı sənədləri qeydiyyatdan keçirməlidir.

Qeyd edək ki, “Bunyodkor”dan öncə “Fənərbaxça”nı çalışdırmış Ziko bu komandanın tarixinə düşüb. O, ötən mövsüm “Fənərbaxça”nı Çempionlar Liqasının 1/4 finalına daşımışdı.
0