Mübariz Mənsimovun super “Bugatti”si - FOTO
13.01.2009 - 17:11
Mübariz Mənsimovun super “Bugatti”si - FOTO
Türkiyəyə dünyanın ən bahalı idman avtomobili sayılan “Bugatti Veyron” gətirilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu super maşın İstanbulda 7 nəfər tərəfindən sınaqdan çıxarılıb. Sınaq zamanı “Bugatti”nin sükanı arxasında oturanlardan biri də “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov olub.

Yazıda bildirilir ki, Mənsimov avtomobili İstanbul küçələrində sürərək, onun hansı funksiyaları olduğunu yoxlayıb. “Bugatti”nin qiyməti 2,4 milyon avroya bərabərdir. Onun maksimal sürəti normal halda 407 km/saat, üstü açıq vəziyyətdə isə 360 km km/saatdır. Bu avtomobil kütləvi şəkildə müştərilərinə 2009-cu ilin martında çatdırılacaq.

İndi belə “Bugatti”dən cəmi ikisi dünyada istismardadır ki, bunların da biri Mübariz Mənsimovundur. Düzdür, “Palmali”nin rəhbəri super avtomobili özünə yox, qardaşı Maarifə aldığını deyir: “Bugatti” mənim deyil, qardaşım Maarifindir. Mənim çox bahalı maşınlarım var, belə maşınlar almağı xoşlayıram, amma düşkün deyiləm. Bahalı avtomobillərim vardı, qəzetlər yazmağa başlayandan sonra onları da Londona və Azərbaycana göndərdim, indi köhnə bir “Range Rover”də gəzirəm”.
0