Ağacan Abıyevə yeni vəzifə verdilər
21.01.2009 - 22:22
Ağacan Abıyevə yeni vəzifə verdilər
İspaniyanın paytaxtı Madriddə Avropa Boks Konfederasiyasının (EUBC) I Fövqəladə Seçki Baş Assambleyası keçirilib. Toplantıda iştirak etmiş Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyevin sözlərinə görə, iclasda EUBC-nin yeni Nizamnaməsi qəbul olunub.

Həmin Nizamnaməyə əsasən, EUBC-nin hələ Avropa Həvəskar Boks Federasiyası adlandırıldığı vaxt mövcud olan 10 vitse-prezidentinin sayı 4-dək azaldılıb. Bundan sonra qurumun prezidenti, I vitse-prezidenti və 3 vitse-prezidenti olacaq.

Apasport.az saytının məlumatına görə, EUBC-nin yeni vitse-prezidentlərindən biri kimi məhz A.Abiyev seçilib. Onun əsas funksiyası hakimlərin işinə nəzarətdən ibarət olacaq. Digər vitse-prezident postları isə Pol Kinq (İngiltərə) və Şandor Çötönyiyə (Macarıstan) həvalə edilib. Yevgeni Murov (Rusiya) I vitse-prezident, Umbert Furqoni isə EUBK-nın yeni prezidenti seçilib.

lent.az
0