Eyni məkanda, eyni uğur
23.01.2009 - 22:37
Eyni məkanda, eyni uğur
Güllə atıcılarımız Gürcüstanın açıq çempionatında çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə keçirilən birinciliyə qatılan hər iki həmyerlimiz mükafatçılar sırasında qərarlaşıb.

Belə ki, 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında İradə Aşumova 477,4 xalla ikinci yeri tutub. Veteran idmançımızın oğlu Ruslan Lunyov isə 668,8 xal toplayaraq, qalib adını qazanıb.

Xatırladaq ki, hər iki idmançımız ötən ay Gürcüstanda keçirilmiş beynəlxalq turnirdən də medalla qayıtmışdılar. Həmin yarışda da Lunyov birinci, Aşumova isə olmuşdu.
0