Bakıda oynayan futbolçudan inanılmaz seks qalmaqalı - FOTO
26.01.2009 - 12:24
Bakıda oynayan futbolçudan inanılmaz seks qalmaqalı - FOTO
2007-ci ildə Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”a qarşı oynamış Zaqreb “Dinamo”sunun futbolçusu Dino Drpiç qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi qeyri-adi hərəkəti ilə nəinki Xorvatiyanın, hətta dünyanın futbol tarixinə adını yazdırıb.

Belə ki, Dino tarixdə ilk dəfə sevgilisi Niveslə meydançanın ortasında cinsi əlaqədə olub. Hadisə “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşib. “Serbian TV” kanalına müsahibə verən Nives hadisə barədə bunları deyib: “Dino elə təşkil etdi ki, bizim üçün stadionun işıqlarını söndürdülər. Sonra o, öz arzusunu - meydançanın ortasında cinsi əlaqədə olmağı - reallaşdırdı. Həmin vaxt Dino çox dəcəl idi”.

Qeyd edək ki, Drpiç peşəkar futbolçu həyatına 2000-ci ildə məhz “Dinamo”da başlayıb. Müdafiəçi 9 il şərəfini qoruduğu klubdan bir müddət öncə transferə çıxarılıb. Sevgilisi Nives isə onun gələcək karyerasını təhlükə altında qoyub. Adının seks qalmaqalında hallanmasından sonra Dinonun “Tottenhem”ə transfer olunacağına inam azalıb.
0