“Albasete” ilə matçın tarixi dəqiqləşdi
28.01.2009 - 18:05
“Albasete” ilə matçın tarixi dəqiqləşdi
Qadın voleybolçular arasında “Çelenc Kuboku” turnirinin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rabitə” - “Albasete” oyunun tarixi və yeri dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, qarşılaşma fevralın 11-də saat 18:00-da Quba Olimpiya Kompleksində başlanacaq.

Matçın paytaxtdan kənara təyin olunmasının isə səbəbləri var. Belə ki, həmin ərəfədə “Rabitə”nin ev oyunlarını keçirdiyi Bakı İdman Sarayında bir sıra tədbirlər təşkil ediləcək. Buna görə də görüşün Quba Olimpiya Kompleksinə təyin olunması məqsədəuyğun sayılıb.

Gözəlbəyli bildirib ki, ispaniyalılar fevralın 10-da ölkəmizə təşrif buyuracaqlar. “Albasete” ilə cavab oyunu fevralın 18-də səfərdə baş tutacaq.
0