Azərbaycan yığmasının baş məşqçiləri təsdiqləndi TAM SİYAHI
30.01.2009 - 19:35
Azərbaycan yığmasının baş məşqçiləri təsdiqləndi TAM SİYAHI
Bu gün Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda bütün növlər üzrə Azərbaycan yığma komandalarının baş məşqçiləri təsdiqlənib.

Ağır atletika – Vahid Nəzərov
Aşihara kaykan karate – Barat İsrafilov
Akademik avarçəkmə – Rudiger Hauffe (Almaniya)
Akrobatika – Bəhram Nərimanov
Atçılıq – Ələkbər Məmmədov
Aykido – Fərhad Ələsgərov
Alpinizm – Saridan Mursaqulov
Armrestlinq – Zurab Bəxtiyarov
Atletika – Məhərrəm Sultanzadə
Badminton – Ceyhun Məmmədəliyev
Basketbol – Elxan Əliyev
Bədii gimnastika – Marina Vasilyeva
Bilyard – Firudin Ələsgərov
Boks – Nəriman Abdullayev
Bodibildinq – Rauf Bünyatəliyev
Cüdo – Ağayar Axundzadə
Ciu-citsu – Mirəli Seyidov
Dama – Ağasadıq Ağalarov
Daydo-dyuki – Firuz Mustafayev
Ənənəvi karate – Rəhman Hətəmov
Fiqurlu konkisürmə – Nikolay Morozov (Rusiya)
Futbol – Berti Foqts (Almaniya)
Güllə atıcılığı – Yavuz Eminbəyli, İradə Aşumova, Olqa Stepanova və Ruqiyyə Bağırovadan ibarət məşqçilər heyəti
Hapkido – Süleyman Məmmədli
Həndbol – Rəfiqə Şabanova
İdman gimnastikası – Rza Əliyev
İdman rəqsləri – Elmira Muxtarova
Kamandan oxatma – Marina Kvirkovskaya
Kayak və kanoe qayıqlarında avarçəkmə – Aleksandr Kolıbelnikov (Ukrayna)
Kapoeyra – Alim Əliyev
Kikboksinq – Çingiz Eyvazov
Kosiki karate – Talıb Bərgizarov
Kyokuşinkay karate – Allahverdi Rüstəmov
Kunq-fu – Barat İsrafilov
Qılıncoynatma – Tahir Akimov
Okinava qocyu-ryu, okinava karate-do və kobudo – Tarıverdi Allahverdiyev
Motosiklet idmanı – Zakir Ağasıyev
Muay-tay – Azər Həsənov
Otüstü hokkey – Adil Paşayev (kişilər), Saleh Hüseynov (qadınlar)
Pankration – Fikrət Bağırov
Pauerliftinq – Azad Mustafayev
Reqbi – Vaqif Sadatxan
Sambo – Mübariz İbrahimov
Sərbəst güləş – Maqomedxan Aratsilov (Rusiya)
Səmti müəyyən etmə – Faiq Mursaqulov
Stend atıcılığı – Hafiz Cəfərov
Stolüstü Tennis – Aleksandr Zudov
Sumo – Rüfət İsmayılov
Su polosu – Azər Babayev
Suyatullanma – Bəxtiyar Ağaxanov
Şahmat – Fəkrət Sideifzadə
Sindo-ryu karate-do – Qadir Əhmədov
Şotokan karate-do – Elçin Mehdizadə
Taekvondo – Ələkbər İmaməliyev
Tennis – Yalçın Manaflı
Tamblinq – Arif Qafarov
Turan-do – Rafiq Əliyev
Universal döyüş – Fərhad Ocaqverdiyev
Üzgüçülük – Vaqif Nəsibov
Velosiped idmanı – Vitali Qladçenko
Voleybol – Sahib Əliyev (kişilər), Faiq Qarayev (qadınlar)
WKSF növləri üzrə karate-do – Fərhad Əmirov
Yelkən idmanı – Vladislav İzuf
Yunan-Roma güləşi – Bəhram Mürvətov.

Mənbə: lent.az
0