Ölkə çempionatının finalçıları
05.02.2009 - 11:01
Ölkə çempionatının finalçıları
Boks üzrə Azərbaycan çempionatının bütün finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün Bakı İdman Sarayında keçiriləcək həlledici döyüşlər zamanı hər 11 çəki dərəcəsində qaliblərin adları bilinəcək.

Yarımfinalda ən gözlənilməz nəticə yığmanın üzvü Famil Süleymanovun (60 kq) məğlubiyyəti olub. O, İsmət Eynullayevə uduzduğundan, mübarizəni erkən dayandırıb. Bundan başqa, 3 ildən sonra rinqə dönən Vüqar Ələkbərov da finala yüksələ bilməyib. 28 yaşlı boksçuya zədəsinin mane olduğu bildirilir.

Finalda döyüşəcək cütlüklər:

48 kq
Vüsal Əmirov - Elvin Məmişzadə

51 kq
Rauf Ağayev - Nihat Seyidov

54 kq
Rəhim Nəcəfov - Samir Məmmədov

57 kq
İlkin Ağayev - Elşən İsmayılov

60 kq
İsmət Eynullayev - Ruslan Qasımov

64 kq
Ramal Amanov - Sadiq Eynullayev

69 kq
Emil Məhərrəmov - Murad Ağamaliyev

75 kq
Rahib Bəylərov - Tofiq Əhmədov

81 kq
Elnur Qədirov - Hafiz İsgəndərov

91 kq
Elçin Əlizadə - Zaur Teymurov

+91 kq
Elçin Əhmədov - Cavid Tağıyev
0