Boksçunu küçədə bıçaqladılar
07.02.2009 - 11:30
Boksçunu küçədə bıçaqladılar
Boks üzrə Türkiyə milli komandasının üzvü Çətin Özdəmir küçədə bıçaqlanıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançı bu xoşagəlməz halla Trabzon şəhərinin küçələrindən birində üzləşib. O, iki dostu ilə birgə yol gedərkən, qeyri-müəyyən səbəblərdən 5 nəfərin hücumuna məruz qalıb.

Nəticədə qarşı tərəfdən Onur Sərdar adlı şəxs Özdəmirə boyun və qulaq nahiyəsindən bıçaq zərbəsi endirib. Üstəlik, boksçunun dostunu da sinəsindən yaralayıb. Çətin Özdəmir və onun dostu dərhal xəstəxanaya yerləşdirilib, onların həyatı təhlükədədir. 21 yaşlı cinayətkar isə artıq həbs olunub.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində Türkiyə birinciliyinin qızıl medalını qazanmış Özdəmir yeniyetmələr arasında ikiqat Avropa çempionudur.
0