“Albasete”nin oyunu İTV-nin canlı yayımında
10.02.2009 - 12:09
“Albasete”nin oyunu İTV-nin canlı yayımında
Sabah qadın voleybolçular arasında “Çelenc Kuboku” turnirinin 1/4 final mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın yarışdakı yeganə təmsilçisi “Rabitə” İspaniyanın “Albasete” klubunu qəbul edəcək.

Quba Olimpiya Kompleksində keçiriləcək oyun slovakiyalı və latviyalı hakimlərə tapşırılıb. Matç saat 17:00-da başlanacaq və İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 18-nə təyin olunub. Bu cütlüyün qalibi “Dördlər finalı”na yüksələcək.
0