“Qalatasaray”a növbəti zərbə: azərbaycanlı futbolçu 2 ay oynamayacaq - FOTO
23.02.2009 - 11:03
“Qalatasaray”a növbəti zərbə: azərbaycanlı futbolçu 2 ay oynamayacaq - FOTO
Türkiyə Superliqasının son turunda ağır məğlubiyyətə düçar olan “Qalatasaray” növbəti zərbəni alıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun müdafiəçisi, əslən azərbaycanlı Sərvət Çətin zədələnib. O, “Kocaelispor”la (2:5) qarşılaşmanın ikinci hissəsində sıradan çıxıb.

Hava mübarizəsi zamanı yerə tərs düşən Sərvətinin sağ ayağından ciddi zədələndiyi bildirilir. Təsadüfi deyil ki, zədənin ağrılarına və komandasının məğlub durumda olmasına görə Çətin göz yaşlarını saxlamağı bacarmayıb.

Onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı barədə məlumat yayılıb. Lakin futbolçunun səhhəti ilə bağlı “Qalatasaray” tərəfindən hələ də rəsmi açıqlama verilməyib. Əgər ehtimallar düz olarsa, Sərvət nəinki “Cim Bom”un UEFA kuboku və ölkə çempionatındakı oyunlarını, hətta Türkiyə yığmasının 28 mart və 1 apreldə İspaniya yığmasına qarşı keçirəcəyi görüşləri də buraxacaq.
0