Yığmamızın Rusiya ilə oyuna son hazırlığı Bakıda olacaq
27.02.2009 - 11:00
Yığmamızın Rusiya ilə oyuna son hazırlığı Bakıda olacaq
Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya yığması ilə oyun ərəfəsində son təlim-məşq toplanışını Bakıda keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri martın 16-dan 19-a qədər Bakıda bir araya gələcək. Həmin toplanışda iştirak edəcək heyət qarşıdakı hazırlıq prosesindən sonra açıqlanacaq.

Qeyd edək ki, yığma martın 2-dən 5-dək Almaniyada təlim-məşq toplanışı keçirəcək.
0