Əmrənin yeni sevgilisi - FOTO
27.02.2009 - 12:29
Əmrənin yeni sevgilisi - FOTO
Türkiyə milli komandasının və “Qalatasaray”ın futbolçusu Əmrə Aşık özünə yeni sevgili tapıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi indi maneken Seda Kırımlıoğlu ilə eşq macərası yaşayır.

Əmrə bu gözəlçədən müsbət cavab almaq üçün bir ay vaxt sərf edib. Nəhayət, o, İnternetdə “Facebook” saytı vasitəsilə göndərdiyi mesajların köməyi sayəsində Sedanın ürəyini ələ almağı bacarıb.

Xatırladaq ki, futbolçu tanınmış türk model və aktrisa Aysun Kayacıdan bir müddət öncə ayrılıb.
0