Hiddink Azərbaycanla görüşə 20 futbolçu çağıracaq
27.02.2009 - 12:33
Hiddink Azərbaycanla görüşə 20 futbolçu çağıracaq
Rusiya yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə keçirəcəyi oyuna 20 futbolçu ilə hazırlaşacaq. Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçi Qus Hiddink bu qədər futbolçunu sərəncamında görməsini martın 28-də Azərbaycan, aprelin 1-də isə Lixtenşteynlə görüşmələri ilə izah edib: “İki oyun keçirdikdə matçın protokoluna daxil edilən saydan artıq oyunçu çağırmaq lazımdır. Fikrimcə, 20 lap yerinə düşür”.

Qeyd edək ki, Rusiya yığması millimizlə görüşün hazırlıqlarına matçdan 5 gün əvvəl - martın 23-də başlayacaq. Hiddinkin qarşıdakı oyunlara çağıracağı heyəti Rusiya Premyer Liqasının ilk turundan sonra, böyük ehtimalla martın 15-dən sonra açıqlayacağı gözlənilir.
0