“Boluspor”un baş məşqçisi Sərhat Güllər Azərbaycana gəlir
27.02.2009 - 12:53
“Boluspor”un baş məşqçisi Sərhat Güllər Azərbaycana  gəlir
Türkiyənin “Boluspor” klubunun baş məşqçisi Sərhat Güllər Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssisin ölkəmizə səfərində əsas məqsədi futbolçu seçməkdir.

Güllər yeni mövsümdə komandasında həmvətənlərimizin olmasını istəyir. Hazırda “Boluspor”u çalışdıran Güllər milli komandamızın üzvü İlqar Qurbanovla birgə çalışır. Həm onun çıxışı, həm də Rəşad Sadıqovun Superliqada “Kocaelispor”un heyətində inamlı oyunu türk mütəxəssisin azərbaycanlı futbolçulara marağını artırıb. Elə bu səbəbdən də Güllər Qurbanovla birgə yaxın vaxtlarda ölkəmizə səfər etməyi planlaşdırıb.

O, Azərbaycanda gənc, perspektivli futbolçuları axtaracaq. Güllər yeni mövsüm üçün komandasında futbolçularımıza yer vermək fikrindədir. “Boluspor”un 6-cı yerdə getdiyi Bank Asiya Liqasında iki azərbaycanlı oyunçunun çıxış etməsinə icazə verilir.

Qeyd edək ki, Güllər futbolçu karyerası dövründə “Qalatasaray” və Türkiyə milli komandasında oynayıb.
0