AzTV, yoxsa “İdman-Azərbaycan”?
27.02.2009 - 13:10
AzTV, yoxsa “İdman-Azərbaycan”?
Premyer Liqanın XVI turunda keçiriləcək “Neftçi” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, martın 1-də baş tutacaq qarşılaşma əvvəlcədən nəzərdə tutulduğundan 15 dəqiqə gec başlayacaq. Belə ki, Bakıda Respublika stadionunda baş tutacaq görüş saat 16:00 deyil, 16:15-də başlayacaq. Buna oyunun televiziya ilə canlı yayımlanması səbəb olub.

Ümumilikdə, turun 3 qarşılaşması yayımlanacaq. Fevralın 28-də "Qarabağ" - "Standard" və "İnter" - "Bakı" oyunları İdman-Azərbaycan kanalı vasitəsilə canlı göstəriləcək. Saat 14:00-da başlanacaq "Qarabağ" - "Standard" oyununun ikinci və bir saat gec start götürəcək "İnter" - "Bakı" matçının birinci hissəsi tamaşaçılara qoşulmalarla çatdırılacaq.

İdman-Azərbaycan kanalı bazar günü MOİK - "Simurq" oyununu da yayımlamağı planlaşdırsa da, meydan sahibləri qarşılaşmanın 1 saat gec, 15.00-da başlamasına razı olmayıblar. Əvəzində 16:15-də başlanacaq "Neftçi" - "Qəbələ" oyunu ekranlara gələcək. Lakin bu matçın AzTV və ya “İdman-Azərbaycan” kanalı ilə yayımlanacağı hələ dəqiqləşməyib.
0