Futbolçu necə reklam olunur? - FOTO
05.03.2009 - 16:23
Futbolçu necə reklam olunur? - FOTO
Almaniyanın “Ştutqart” klubunun rumıniyalı futbolçusu Çiprian Marika “Karlsrue”də forma geyinən xorvat Dino Drpiçi arxada qoymaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, 24 yaşlı rumıniyalı Bundesliqanın ən seksual cütlüyü olan Drpiçlə Nives Selsiusu unutdurmaq niyyətindədir.

Rumıniyalı gözəlçə Cina Pistola vurulan Marika “Playboy”un “qəhrəman”ının sayəsində reklam qazanmaq istəyir. Jurnalın Buxarestdə dərc olunan versiyasının üz qabığını 4 dəfə özəlləşdirən Cina iki ay əvvəl futbolçu ilə tanış olub. Marika özündən 4 yaş böyük olan xanımın şəkillərinə də münasibət bildirib: “Bu şəkillər əvvəl çəkilib. Buna görə problemim yoxdur”.

Qeyd edək ki, sevgi macəralarından fərqli, yaşıl meydanda uğur Marikadan üz döndərib. O, “Ştutqart”da keçirdiyi 46 görüşdə cəmi 5 qol vurub.
0