Nadir Qasımov: Fasilədən sonrakı oyunumuzdan razı qaldım
08.03.2009 - 22:19
Nadir Qasımov: Fasilədən sonrakı oyunumuzdan razı qaldım
“Əsas heyətimizin 4 üzvü bu gün müxtəlif səbəblərdən meydana çıxmamışdı. Məhz bu səbəb məğlubiyyətimizdə böyük rol oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”la oyunsonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Nadir Qasımov deyib.

Məğlubiyyətə baxmayaraq, Qasımov komandasının ikinci hissəsindəki oyunundan razı qalıb: “Güclü komandaya qarşı mübarizə apardıq. Oyun çox gərgin keçdi. Lakin ikinci hissədə yaxşı oynadıq. Fasilədən sonrakı oyunumuzdan razı qaldım. Fiziki tərəfdən güclü olduğumuzu göstərdik. Vladimir Tsaranuya gəldikdə isə, o hələ ilk dəqiqələrdən meydanda mübarizə aparmağa hazır deyil”.
0