Klublarımızdan təklif alan məşqçi dünyasını dəyişdi
10.03.2009 - 11:13
Klublarımızdan təklif alan məşqçi dünyasını dəyişdi
SSRİ çempionu Anton Şox vəfat edib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovskun “Dnepr” klubunda çıxışı ilə tanınan veteran futbolçu 50 yaşında dünyasını dəyişib.

Son vaxtlar Qazaxıstanın “Atırau” komandasını çalışdıran mütəxəssis çempionatın ilk turunda “Vostok”la səfər matçından sonra Ust-Kamenoqorsk şəhərində infarkt keçirib və həkimlər onun həyatını xilas edə bilməyiblər. “Dnepr”in heyətində 1988-ci ildə SSRİ çempionu olan, bundan bir il sonra SSRİ kubokunu qazanan Şox dəfələrlə “Neftçi”yə qarşı oynayıb.

Əslən, Qazaxıstandan olan Şox ötən ilin sonunda “Atırau”nun sükanı arxasına keçməklə yanaşı, bu ilin fevralında Qazaxıstanın gənclərdən ibarət yığma komandasının baş məşqçi postuna qaytarılıb. O, ötən il işsiz qaldığı dövrdə Azərbaycandan təklif almışdı. Hər halda, Şox konkret ad açıqlamasa da, ölkəmizdə işləmək variantının olduğunu özü bəyan etmişdi.
0