Qyoko Hacıyevski: Səfər qələbəsi üstünlük kimi görünə bilər, lakin...
10.03.2009 - 13:32
Qyoko Hacıyevski: Səfər qələbəsi üstünlük kimi görünə bilər, lakin...
“Xəzər-Lənkəran”la oyun asan olmayacaq, ancaq biz çətinliklərə alışmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

54 yaşlı mütəxəssis Azərbaycan kubokunun ¼ final mərhələsinin “Xəzər Lənkəran” ilk matçında qazanılan qələbəyə (1:0) bir o qədər əhəmiyyət vermir. Klubun rəsmi internet saytına açıqlamasında makedoniyalı çalışdırıcı oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Səfərdə əldə etdiyimiz qalibiyyət üstünlük kimi görünə bilər. Lkin bu bir kubok turniridir və qalib iki oyunda müəyyən olunur. Bu səbəbdən yalnız matç başa çatdıqdan sonra iki oyunun nəticəsinə görə qalib gəlib-gəlmədiyimizi söyləyə biləcəyik. Bu oyuna ciddi hazırlaşırıq. "Qarabağ"la oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Stanislav Baçevin əvəzinə layiqli namizədlərimiz var”.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu sabah saat 17:00-da başlayacaq.
0