Rəşad Sadıqov 2009-cu ildə ilk dəfə milli komandaya çağırıldı
10.03.2009 - 14:34
Rəşad Sadıqov 2009-cu ildə ilk dəfə milli komandaya çağırıldı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Berti Foqts martın 16-dan 19-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına 26 futbolçu çağırıb.

Uzun fasilədən sonra milli komandamızın kapitanı Rəşad Sadıqov heyətə cəlb olunub. Bu, Rəşadın bu il dəfə milliyə gəlişi olacaq. “Fənərbaxça” ilə oyundan sonra istirahətə buraxılacaq “Kocaelispor”un müdafiəçisi Bakıya üç günlük gələcək. Foqts Elvin Məmmədovla Cavid Hüseynovu da qısa fasilədən sonra yığmaya qaytarıb. Alman mütəxəssis sonradan heyətdən kənarlaşdıraraq Frankfurta aparmadığı Zaur Tağızadəyə yenidən dəvət göndərib. “Neftçi”nin kapitanı son iki turda meydana çıxır. Cəmşid Məhərrəmovla İlqar Qurbanov isə 9 aylıq fasilədən sonra milliyə dəvət alıb.

Qapıçılar - Kamran Ağayev (“Xəzər-Lənkəran”), Rauf Mehdiyev (“Olimpik”), Fərhad Vəliyev (“Qarabağ”)

Müdafiəçilər – Rəşad Sadıqov (“Kocaelispor”, Türkiyə) Rail Məlikov (“Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev (hər ikisi “Olimpik”), Samir Abbasov (“İnter”), Ernani Pereyra, Tural Nərimanov (hər ikisi “Karvan”), Sergey Sokolov (“Simurq”), Saşa Yunisoğlu (“Bakı”)

Yarımmüdafiəçilər - Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Elmar Baxşıyev (“Neftçi”), Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi “İnter”), Aleksandr Çertoqanov, Tural Cəlilov (hər ikisi “Simurq”), Cəmşid Məhərrəmov (“Bakı”), Zaur Tağızadə (“Neftçi”), İlqar Qurbanov (“Boluspor”, Türkiyə)

Hücumçular - Vüqar Nadirov (“Karvan”), Vaqif Cavadov (“Qarabağ”), Leandro Qomeş (“Olimpik”), Fabio Luis Ramim (“Bakı”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya)
0