“Dəliqanlılığı Maurinyonu dəhşətli dərəcədə seksual edir”
10.03.2009 - 16:43
“Dəliqanlılığı Maurinyonu dəhşətli dərəcədə seksual edir”
Məşhur italiyalı model, aktrisa, teleaparıcı Alba Parietti neçə vaxtdır qəlbində gizlədiyi sirri açıqlayıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı gözəlçə İtaliya telekanallarının birində efirə gedən verilişlərin birində “İnter”ın baş məşqçisi Joze Maurinyo haqda danışmağı zəruri sayıb.

Portuqaliyalı çalışdırıcını arzularının kişisi adlandıran Alba buna izah da tapıb: “Maurinyonun çoxlu çatışmazlıqları var. Amma bütün bunlar onun gözündəki dəliqanlılığı ört-basdır edə bilmir. Bu, onu dəhşətli dərəcədə seksual edir. Joze mənim üçün idealdır”.
0