Qol vurmaq istəyən futbolçu güllələndi - FOTO
16.03.2009 - 13:11
Qol vurmaq istəyən futbolçu güllələndi - FOTO
İraqlı azarkeş “Sincar” və “Buhayra” komandaları arasında matç zamanı futbolçulardan birini güllələyib. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, azarkeş oyunun sonuncu dəqiqəsində hesabı bərabərləşdirməyə yaxın olan futbolçunun başından güllə ilə vurub. Artıq cinayətkar həbs olunub, polis araşdırma aparır.

“Sincar” və “Buhayra” klubları arasında oyun martın 15-də Hilla şəhərində keçirilib. Hesab “Buhayra”nın xeyrinə 1:0 olanda, bu komandanın azarkeşlərindən biri rəqib komandanın futbolçusuna atəş açıb. Nəticədə oyunçu meydançada keçinib.

“Associated Press” agentliyi isə olayın təsadüf olduğunu iddia edir. Agentlik bildirir ki, azarkeşlərdən biri havaya atəş açıb və güllələrdən biri təsadüfən futbolçunun sinəsinə dəyib.
0