AFFA-dan tarixi addım: Milli komanda üçün baza tikilir
16.03.2009 - 13:40
AFFA-dan tarixi addım: Milli komanda üçün baza tikilir
Azərbaycan milli komandası üçün Mərdəkan qəsəbəsində baza tikiləcək. Apasport.az saytının məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, baza daxilində 5 min nəfərlik stadion da inşa ediləcək. Abdullayev bildirib ki, yığma üçün baza bu il hazır olacaq. Mərdəkanda yerləşən “Dalğa” İstirahət Mərkəzi AFFA-nın balansı keçib və yeni baza da onun yaxınlığına olacaq.

Qeyd edək ki, indiyədək bazası olmayan milli komandamız hazırlıq zamanı müxtəlif otellərdə məskunlaşmalı, ayrı-ayrı stadionlarda məşq etməli olur.
0