Sumoçularımız İtaliyaya yollanırlar
16.03.2009 - 18:25
Sumoçularımız İtaliyaya yollanırlar
Martın 18-də İtaliyanın Milan şəhərində sumo üzrə kişilər arasında beynəlxalq turnir başlanacaq. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yarışda ölkəmizin idman şərəfini 4 sumoçu qoruyacaq.

Bunlar Zaur Bağırov, Eyyub Əzimov, Fuad Seyidov və Samir Abdullayevdir. İdmançılarımız bu turnirə baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi altında çıxacaqlar. Yarışa martın 20-də yekun vurulacaq.
0