3 yaşlı “Futbol dünyası”
11.04.2009 - 13:58
3 yaşlı “Futbol dünyası”
“Futbol dünyası” qəzetinin 3 yaşı tamam olub. 2006-cı ildən fəaliyyət göstərən bu mətbu orqanı qısa müddət ərzində kifayət qədər populyarlıq qazanıb. Hazırda ölkəmizdə ən çox tələbat olan idman qəzetlərindən biri məhz “Futbol dünyası”dır.

“Futbol dünyası”da Azərbaycan və dünya futbolu haqqında ətraflı, dolğun məlumatlar dərc olunur. Burada operativ və obyektiv xəbərlər, araşdırmalar, statistik yazılar, eksklüziv müsahibələr oxumaq mümkündür.

Apasport.az saytı uğurla fəaliyyət göstərən “Futbol dünyası” kollektivini 3 yaşının tamam olması münasibətilə təbrik edir, gələcək işlərdə də nailiyyətlər arzulayır.
0