Azərbaycan yığması üçün iki məşqçi
20.04.2009 - 13:23
Azərbaycan yığması üçün iki məşqçi
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçilər heyətinə əlavələr edilib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, yığmamızın dağıstanlı baş məşqçisi Maqomedxan Aratsilov özünə iki yeni köməkçi götürüb.

Bunlardan biri millimizin sabiq baş məşqçisi Aslan Ağayevdir. 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatı öncəsi istefaya göndərilən Ağayev indi Aratsilova yardımçı olacaq. Digər köməkçi-məşqçi isə sabiq sərbəst güləşçi Elman Əsgərovdur.

Aratsilovun əsas köməkçisi isə Firdovsi Umudovdur. O, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra kənarlaşdırılan Rövşən Umudovu əvəzləyib.

Özbəkistanın paytaxtı Daşkənddə başa çatan “Qızıl Qran-Pri” turnirində sərbəst güləşçilərimiz Ağayev və Əsgərovun rəhbərliyi altında çıxış ediblər. Dünya Kuboku və Avropa çempionatında uğurla çıxış etmiş pəhləvanlarımız Daşkəndə yollanmayıblar. Onları əvəzləyən sərbəst güləşçilərimiz isə cəmi bir bürünc medalla kifayətləniblər. Həmin medalı isə komandamızın dağıstanlı legioneri Camaləddin Maqomedov (96 kq) əldə edib.
0