“Onu sevirəm, amma ürəyimdə başqası da var” - FOTO
01.05.2009 - 16:57
“Onu sevirəm, amma ürəyimdə başqası da var” - FOTO
İtaliyanın “Roma” klubunun futbolçusu Kristian Panuççi yaxın zamanlarda subaylığın daşını ata bilər. Apasport.az saytının xəbərinə görə, bu haqda müdafiəçinin sevgilisi Rosaria Kannavo açıqlama verib.

Lakin iki ildir Kristianla birlikdə olan gözəlçə üçün evlənmək bir o qədər də vacib deyil: “Mən yalnız Panuççi haqda düşünürəm. Lakin ürəyimdə başqası da var – televiziya. Biz evlilik haqda düşünsək də, münasibətlərimizdə heç də ən əsası bu deyil. Bizim sevgimiz xoşbəxtlik üçün kifayət edir. Düzdür, ara-sıra münasibətlərimizdəki istilik aşağı-yuxarı hərəkət edir və bu da təbiidir. Uşağımızın olub-olmayacağına gəlincə, bu, nə vaxtsa gerçəkləşəcək”.
0