“Barselona” Riberini 25 milyon avroya aldı
01.05.2009 - 18:06
“Barselona” Riberini 25 milyon avroya aldı
“Barselona” Fransa milli komandasının yarımmüdafiəçisi Frank Riberini keçidini həll edib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi 25 yaşlı futbolçunun çıxış etdiyi Almaniyanın “Bavariya” klubu ilə transfer məsələsi barədə razılığa gəlib.

Münhenlilər Riberi üçün 25 milyon avro məbləğində kompensasiya və üstəlik, “Barselona”nın bir futbolçusunu alacaq. Bu, ya belaruslu yarımmüdafiəçi Aleksandr Qleb, ya da islandiyalı hücumçu Eydur Qudyonsen olacaq. Hər iki futbolçu “Barselona”nın əsas heyətinə düşə bilməyərək, daha çox ehtiyatda qalırlar. Riberi isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
0