Kocaelidə futbolçulara silahlı hücum - FOTO
07.05.2009 - 17:14
Kocaelidə futbolçulara silahlı hücum - FOTO
Türkiyə çempionatının ikinci dəstə təmsilçisi “Körfəz Bələdiyyəspor”un bazasında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının xəbərinə görə, Kocaeli təmsilçisinin son oyunlardakı uğursuz nəticələri azarkeşlərdən birini cinayətə sövq edib.

Belə ki, birinci dəstəyə çıxmaq uğrunda final mərhələsinə qatılan sevimli komandasının ardıcıl uğursuzluq yaşamasından sonra Yavuz Özdəmir adlı fanat bazaya silahlı hücum edib. Əvvəl bazaya gələn azarkeş bir neçə həmkarı, həmçinin fanklub rəhbəri İsmayıl Turquttaşla mübahisəyə girişib. Bazadan narazı halda ayrılan Özdəmir az keçməmiş tapança ilə geri dönüb. Qarşısına çıxanları hədələyib qovan silahlı futbolçuların məşq etdiyi meydana girərək, havaya üç güllə atıb. Bundan sonra az əvvəl mübahisə etdiyi Turquttaşa hücum çəkən Yavuz onu qorumaq istəyən klub rəsmisinin ayağını nişan alıb. Lakin onun əlini tutaraq atəş açmağa imkan verməyiblər.

Artıq polis cinayət faktı ilə bağlı araşdırmaya başlayıb.
0