Avropa Gimnastika İttifaqının prezidenti bu gün Bakıya gəlir
13.05.2009 - 12:53
Avropa Gimnastika İttifaqının prezidenti bu gün Bakıya gəlir
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dimitrios Dimitropoulos bu gün Bakıya gəlir. Bu haqda apasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun bildirdiyinə görə, Dimitropoulos mayın 15-dən 17-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatını izləyəcək.

Bundan öncə isə UEG rəhbəri jurnalistlərin önünə çıxacaq. Belə ki, Dimitropoulos sabah AGF-nin vitse-prezidenti Altay Həsənov, baş katib Fərid Qayıbovla birgə mətbuat konfransı keçirəcək. Tədbir zamanı, həmçinin UEG-lə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanacaq.
0