Milli komandamız dünya çempionatına qələbə ilə başladı
15.05.2009 - 22:18
Milli komandamız dünya çempionatına qələbə ilə başladı
Qadınlardan ibarət Azərbaycan voleybol yığması dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi milli komandamız yer aldığı D qrupuna qələbə ilə başlayıb.

Voleybolçularımız Quba Olimpiya Kompleksində İsrail yığmasını məğlub edib – 3:1 (25:14, 23:25, 25:20, 25:15). Digər oyunda Ukrayna milli komandası Belarusa uduzub – 0:3. Sabah yığmamız məhz Belarusa qarşı mübarizə aparacaq.
0