Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
01.06.2009 - 15:40
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
İsveçin Tralleborq şəhərində gənclər arasında keçirilən taekvando üzrə Avropa çempionatında Azərbaycan idmançıları bir medal qazanıblar. Apasport.az saytının məlumatına görə, 28-31 may tarixlərində keçirilən yarışda ölkəmizə yeganə medalı Fəridə Əzizova qazandırıb. 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Avropa çempionatının bürünc medalına yiyələnib.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında 12 taekvandoçu ilə təmsil olunub.

anspress.com
0