“Nə olar, köynəyini aç, sinəni mənə göstər”
02.06.2009 - 10:37
“Nə olar, köynəyini aç, sinəni mənə göstər”
Belçika yığmasının futbolçusu Maruan Fellaini çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Everton klubunda oynayan 22 yaşlı futbolçu məhəbbətinin əziyyətini çəkir. Özündən də məşhur Ueyn Runinin əmisi qızına aşiq olan Fellaini 19 yaşlı gözəlçəni görüşə də çıxarıb. Çoxsaylı “sms”lərlə Natali Runiyə sevgisini açıqlayan Maruan ilk görüşdəcə çıxılmaz durumla üzləşib. 19 yaşlı sarışını görərək ağlını itirən belçikalı özünü çox “tərbiyəsiz” apararaq, Natalidən xahiş edib: “Nə olar, köynəyini aç, sinəni mənə göstər”.

Runinin əmisi qızı da tənbəllik etməyib və bədəninin qurşaqdan yuxarı hissəsini açıb qoyub Fellainin qarşısına. Gördükləri qarşısında özünü itirib yalnız “ay aman, bu nədir” deyən belçikalı Runinin tələbi qarşısında lap aciz qalıb. Çünki Natali soyunmaq növbəsinin Fellainiyə keçdiyini bildirib: “Mən göstərdim, indi də növbə sənindir”.

Xatırladaq ki, Maruan Belçika yığmasının heyətində Bakıya da gəlib. 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2007-ci il noyabrın 21-də keçirilən Azərbaycan – Belçika matçında Fellaini 90 dəqiqə meydanda olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə hakim Maruana sarı vərəqə göstərmişdi.
0