Ronaldoya qırmızı vərəqə göstərən sarışın
09.06.2009 - 11:43
Ronaldoya qırmızı vərəqə göstərən sarışın
Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldonun daha bir pərəstişkarı peyda olub. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın ən populyar realiti-şoularından biri – “Böyük qardaş” verilişi sayəsində məşhurlaşan Sofi Rid 24 yaşlı yarımmüdafiəçinin dərdindən dəli-divanə olduğunu etiraf edib.

“Mançester Yunayted”də oynayan ulduza aşiq olan sarışın gözəlçə onu ələ keçirmək üçün hər şey etməyə hazırdır. Baxmayaraq ki, Liverpul şəhərində yaşayan Sofi virtual sevgilisinin qüsursuz olmadığını düşünür: “Ronaldo ideal kişidir. Lakin onun bir eybi var. Bu da “Liverpul”da yox, “Mançester Yunayted”də oynamasıdır”.

Məşhur “Playboy” jurnalına müsahibə verən 20 yaşlı ingilis xanım hazırda “Çelsi”nin müdafiəçisi Juliano Bellettinin bacısı Belenlə birgə olan Kriştianunu ələ keçirmək üçün “döyüşəcəyini” bildirib. Futbolçunun tez-tez gecə klublarına getdiyini bilən Sofi tanışlıq üçün rəqslərin faydalı ola biləcəyini düşünür. Elə bu səbəbdən gözəlçə rəqs dərnəyinə gedib daha yaxşı oynamağı öyrənir ki, portuqaliyalını ələ keçirə bilsin.

Ronaldo isə ona hələ ki, heç diqqət də yetirmir. Bundan qəzəblənən Sofi “Movida” gecə klubunda özü futbolçuya yaxınlaşıb və... ona qırmızı vərəqə göstərib. Böyük ehtimalla Sofi bu vərəqənin üzərinə öz telefon nömrəsini yazıbmış.
0