Hələlik 1 bürünc
27.06.2009 - 23:29
Hələlik 1 bürünc
Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandası Sloveniyanın Koper şəhərində davam edən Avropa birinciliyində hələlik bir bürünc medala sahib çıxıb. Apasport.az saytının məlumatına görə, komandamıza yeganə medalı Kamran Bağırov (50 kq) qazandırıb. O, ardıcıl olaraq, Vladislavs Ştraus (Latviya), Yuri Loqar (Sloveniya), Alon Ozeri (İsrail) üzərində qalib gələrək yarımfinala çıxıb. Lakin bu mərhələdə Rusiya təmsilçisi Səxavət Hacıyevə uduzan Bağırov mübarizəni təsəlliverici görüşlərlə davam etdirib. Həlledici görüşdə polşalı Kristof Kielbusa qalib gələn Azərbaycan cüdoçusu Avropa birinciliyini bürünc medalla başa vurub.
0