Seyşel adalarında 200 min funt-sterlinqə seks FOTOSESSİYA
07.07.2009 - 17:13
Seyşel adalarında 200 min funt-sterlinqə seks FOTOSESSİYA
İngiltərə yığmasının və ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Devid Bekhem həyat yoldaşı Viktoriya ilə evlənmələrinin 10-cu ildönümünü təmtəraqlı şəkildə keçirib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi bundan ötrü ağlasığmaz addım atıb. O, Şeyşel adalarının yarısını icarəyə götürüb.

Yayılan məlumatlara əsasən, burada bir gecəlik istirahət Bekhemlər ailəsinə 200 min funt-sterlinqə başa gəlib. Yubiley tədbirini Devid yalnız Viktoriya ilə birgə keçirib. Onlar adada ikilikdə qalmaq üçün hətta hər 3 oğullarını Fransanın cənubuna istirahətə göndəriblər.

Bununla belə, paparatsilər cütlüyün şəkillərini çəkə biliblər. Viktoriyanın əlində içki dolu qədəh tutması isə vətənində böyük maraqla qarşılanıb.
0