Kristof Daum: Əziz Yıldırım, bazaya girmə!
09.07.2009 - 16:13
Kristof Daum: Əziz Yıldırım, bazaya girmə!
“Qalatasaray”ın ardınca “Fənərbaxça” klubunun yeni baş məşqçisi Kristof Daum da nizam-intizamla bağlı islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis tələblərini rəsmi şəkildə bəyan edib. “Dəmir intizam” tərəfdarı olan əcnəbi mütəxəssislər futbolçuları ciddi nəzarət altında saxlayacaq.


Beləliklə, Daumun vaxtilə çempionluq qazandırdığı “Fənərbaxça” üçün bunlardır:

1. Klubun idman direktoru Aykut Kocamanla tez-tez görüşən Daum ilk öncə bazaya giriş-çıxışa məhdudiyyət qoyulmasını tələb edib. Futbolçular bundan sonra vacib olmazsa, içəri qonaq daxil etməyəcək. Heç kim ailəsini bazaya gətirməyəcək. Məşq saatından ən azı bir saat öncə hər kəs bazada hazır olacaq. Səhər yeməyi birlikdə ediləcək. Orada mütləq klubun aşpazı və həkimlərin hazırladığı menyu olacaq.

2. Rəhbərliyin də bazaya girməsini istəməyən alman mütəxəssis prezident Əziz Yııdırım və dostlarına dolayısı ilə bu istəyini çatdırıb. Kocaman istisna olmaqla, klubun heç bir nümayəndəsi təlim-məşq toplanışına girməyəcək. Daumun bu istəklərini yerinə yetirməyənlərə ciddi cəzalar kəsəcək. Mövsümün sonuna qədər kəsilən cəzalardan toplanacaq pul müxtəlif məqsədlər üçün xərclənəcək.

3. Daum mükafat sistemini da Superliqada yeni mövsüm başlayandan öncə açıqlayacaq. Komandanın kapitanı Aleks ilə vitse-kapitan Semih Şəntürkün fikrini öyrənəcək baş məşqçi 3 və ya 4 oyunluq müddətdə mükafatlar paylayacaq. Ayrıca derbi oyunlarda xüsusi mükafat verilməsi də gündəmə gələcək. Gecə həyatı mövzusunda da qəti qadağalar var. Futbolçular istirahət günlərində belə Kocamandan xüsusi icazə alaraq əyləncə məkanlarına gedəcəklər.
0