11 illik əlaqə, oğlan uşağı, sonra toy - FOTOSESSİYA
11.07.2009 - 11:22
11 illik əlaqə, oğlan uşağı, sonra toy - FOTOSESSİYA
Daha bir ulduz futbolçu subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandasının və “Mançester Siti” klubunun üzvü Robinyo ailə həyatı qurub. 25 yaşlı futbolçu Vivian Quqlielmetti ilə evlənib.

Onların toyu San Paulo ştatının Quaruxa şəhərində, Robinyonun karyerasının başladığı “Santos” klubunun bazasının yaxınlığında baş tutub. Mərasimə 400 nəfər qatılıb. Bunların arasında Braziliya yığmasının baş məşqçisi Karlos Dunqa, “Real”ın futbolçusu Kaka, Ronaldonun keçmiş həyat yoldaşı Milena Dominqeş və başqaları olub.

Maraqlıdır ki, Robinyo ilə Vivianın 11 ildir, münasibətləri var. 2007-ci ilin dekabrında isə onların Robson adlı oğulları dünyaya gəlib.

Xatırladaq ki, Robinyonun toyundan iki gün əvvəl Braziliya milli komandasının digər oyunçusu Pato ailə qurmuşdu.
0