Elxan Məmmədov milli komandanın üzvləri ilə görüşüb
13.07.2009 - 18:28
Elxan Məmmədov milli komandanın üzvləri ilə görüşüb
Bu gün AFFA-nın baş katib Elxan Məmmədov Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Məsul yarış ərəfəsində futbolçulara müvəffəqiyyət arzulayan Məmmədov bildirib ki, əldə edilən hər bir uğurlu nəticə bu idman növünün ölkəmizdə inkişafına təkan verir.

Yığmamız seçmə oyunları İngiltərənin Maynhid şəhərində keçirəcək. Komandamız B qrupunda iyulun 17-də Almaniya, ayın 19-da isə İngiltərə ilə üz-üzə gələcək.
0